Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb. Bu haqda APA məlumat yayıb.
Bədbəxt hadisə, Bakı-Quba yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində baş verib. Yolu keçən 31 yaşlı Seymur Abdulovu vuran naməlum avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Abdulov yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.