Sumqayıt şəhərində dezinfeksiya işləri davam edir. Bu barədə bu gün Dünya Tv məlumat yayıb.
Məlumata əsasən, Mənzil-Kommunal İstismar Sahələrinin (MKİS) əməkdaşları təfərindən şəhərin mikrorayonlarında və məhəllələrində binaların ətrafları, oyun meydançaları, liftlər, pilləkanlar və tutacaqlar xüsusi məhlullarla təmizlənib.
Həmçinin, qış mövsümünə hazırlıqlar da davam edir. MKİS lazimi avadanlıqlarla, o cümlədən duz və qum ehtiyatları ilə təmin olunub.