Sumqayıtda ölənlərin sayı doğulanlardan çox olub. Bu haqda Xeberle.com məlumat paylaşıb.
Beləliklə, göstəricilərə əsasən bu ilin oktyabrın 1-ə olan məlumata görə doğulanların sayı ölənlərdən 87 nəfər az olub. Dəqiq olsaq isə, doğulanların sayı 1733 nəfər, dünyasını dəyişənlərin isə 1820 nəfər təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar-dekabr ayları ərzində doğulanların sayı 3320 nəfər, ölənlərin sayı isə 2119 nəfər təşkil etmişdi. Bu isə 1201 nəfər təbii artım deməkdir.