Sumqayıtda qazdan zəhərlənmə hadisəsi baş verib. Bu haqda Report-a istinadən xəbər veririk.
Məlumata görə, bu dəfə dəm qazından 24 yaşlı Yeganə Məmmədova zəhərlənib. Hadisə Məmmədovanın yaşadığı evdə baş verib. O, təcili tibbi yardım vəsitəsilə xəstəxanaya aparılıb.
Hazırda hadisənin təfərrüatı araşdırılır.