Sumqayıtda yaşadığı evi icazəsiz tərk edən daha bir koronavirus xəstəsi saxlanılıb. Bu haqda bu gün, 2 dekabr tarixində Dünya TV məlumat yayıb.
Məlumata əsasən, şəhərin 76-ci məhəlləsində yaşayan 57 yaşlı Nəzakət Bilalova aktiv koronavirus xəstəsidir. O, yaşayış evini tərk edərək 8-ci mikrorayona gəlib. Polis əməkdaşları tərəfindən saxlanılan qadınla profilaktiki söhbətlər aparılıb. Daha sonra onu təcili tibbi yardım avtomobili ilə evinə çatdırıblar.
Dünən, şəhər ərazisində ictimai yerlərdə daha 2 koronavirusa yoluxmuş şəxs saxlanılmışdır.