Sumqayıtda daha bir tibb işçisi koronavirus səbəbindən vəfat edib. Bu haqda Modern.az-a istinadən xəbər veririk.
Məlumata əsasən, şəhərimizdə çalışan həkim-pediatr Təranə Əkbərova bir müddət əvvəl sözügedən xəstəliyə düçar olmuşdu. O virusdan müalicə almasına baxmayaraq, bu gün, 7 dekabr tarixində vəfat edib.
Bundan əvvəl, Sumqayıtda sabiq seçki komissiyasının sədri həmin virusdan dünyasını dəyişib.