Sumqayıtda piyadanı evakuator vurub. Bu haqda bu gün, 19 noyabr tarixində APA məlumat yayıb.
Hadisə Sumqayıt-Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. 26 yaşlı Şirvan yaşayış massivinin sakini, Kazımov Rauf Vaqif oğlunu evakuator vurub. Aldığı xəsarətlərdən gənc dünyasını dəyişib.
Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.