Sumqayıtda 2 sentyabr tarixində ASAN könüllülərin təşkilatçılığı ilə 1-ci məhəllədə "Təmiz Sumqayıt" layihəsi keçirilib. Layihə çərçivəsində məhəllələrə 4 növ tullantı üçün xüsusi konteynerlər qoyulub.
Konteynerlər şüşə, kağız, plastik və metal tullantılar üçün nəzərdə tutulub. Həmçinin həyətdəki qarajların, marketlərin divarlarına maarifləndirici şəkillər çəkilib, ekoloji bannerlər yerləşdirilib.
Daha öncə, 5 iyun tarixində "Təmiz Sumqayıt" layihəsinin iştirakçıları birinci və ikinci məhəllədə abadlıq işləri görmüşdülər. Bu məqsədlə məhəllələrdə yeni dekorativ güllər və ağaclar əkilmişdir.