18 dekabr tarixində Türkiyə və Polşa universitetlərində təhsil almaq istəyən sumqayıtlı gənclər üçün Sumqayıt şəhər Gənclər Evində ödənişsiz seminar təşkil olunacaq. Bu haqda “EduPol Study Abroad” məlumat yayıb.
Bu ölkələrdə bakalavr, magistratura və ya doktorantura təhsili ilə bağlı ətraflı məlumat veriləcək:
- Ölkələr haqqında qısa məlumat;
- Təhsil üçün ümumi tələblər və üstünlüklər;
- Təqaüd proqramları və öz hesabına təhsil;
- Dövlət və özəl universitetlər, ixtisaslar;
- Təhsil haqları;
- Qəbul şərtləri, tələb olunan imtahanlar və imtahansız qəbul;
- Yaşayış xərcləri və iş imkanları;
- Viza (Polşa).
Türkiyədə magistratura və doktorantura təhsili haqda seminar saat 16:00-da, Polşada təhsil haqda isə saat 17:30-da başlayacaq.
Maraqlanan şəxslər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://forms.gle/MRjkKC8NeXV7GTf48
Qeydiyyat mütləqdir. Ətraflı məlumat üçün (077) 312-99-39 (Whatsapp)