Sumqayıtlı məktəbli "Polyup" müsabiqəsində mükafatlandırılıb. Bu haqda bu gün, 12 yanvar tarixində Sumqayıt Şəhər Təhsil Şöbəsi məlumat yayıb.
Məlumata əsasən, Nəzrin Nəcəfliyə müsabiqədə iştiraka görə sertifikat təqdim edilib. O, General-mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbdə təhsil alır.