“Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus poliqonda 37.32 ton müxtəlif növ qida məhsulları məhv edilib. Bu haqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gün, 30 dekabr tarixində məlumat yayılıb.
Məlumata əsasən, məhsullar “Sun Food” MMC-yə məxsus idi. Utilizasiya prosesinə agentliyin əməkdaşları cəlb edilib.
Bir həftə öncə, həmin şirkətə məxsus 30 tona yaxın qida məhsullu məhv edilib.