Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev vətəndaşların qəbulunu keçirəcək. Bu barədə 28 iyul tarixində İnzibati Məhkəməyə istinadən məlumat veririk.
Görüş avqustun 4-də saat 10:00-da Sumqayıt məhkəmə Kompleksində baş tutacaq. Qəbul Sumqayıt Ağır Çinayətlər, Sumqayıt İnzibati, Sumqayıt Kommersiya, Sumqayıt şəhər və Qubadlı Rayon məhkəmələrinin fəaliyyəti ilə bağlı təşkil olunacaq.
Vətəndaşlar qəbula yazılmaq üçün Apellyasiya Məhkəməsinə (tel: (018) 655-03-03, elektron poçt: [email protected])) müraciət edə, həmçinin birbaşa müraciət edə bilərlər.
Ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70.