21 dekabr saat 11:00-da Sumqayıt “ASAN xidmət” mərkəzinin qarşısında ting paylama aksiyası keçiriləcək. Bu haqda bu gün, 20 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər nazirliyi məlumat yayıb.
“Bir ağac-min nəfəs” devizi altında keçirilən aksiyada vətəndaşlara ağac tingləri hədiyyə ediləcək, onlara ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar veriləcək.
Aksiyanı keçirməkdə məqsəd ölkədə yaşıllığın artırılmasıdır.