Bir neçə gün öncə sosial şəbəkələrdə Sumqayıt şəhərində ictimai nəqliyyatda tütün məmulatından istifadə edərək digər sərnişinlərin haqlı narazılığına səbəb olan şəxsin görüntüləri yayılmışdı.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs 50 yaşlı İdris İbrahimov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
O, intizam məsuliyyətinə cəlb edilib və barəsində inzibati protokol tərtib edilib.
Xatırladaq ki, 9 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda əyləşən şəxsin salonda siqaret çəkdiyini əks etdirən videogörüntülər yayılmışdı. Digər sərnişinlər ona irad bildirsələr də, bunun faydası olmamışdı.
Nəzrin Vahid
View this post on Instagram