Sumqayıtda istifadə olunan minik avtomobillərin sayı açıqlanıb. Sumqayıt24 bu haqda 16 avqust tarixində xəbər verir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il Azərbaycanda təqribən 1,5 milyon sərnişin minik avtomobili olub. Bakıdan sonra ən çox maşın Sumqayıtın payına düşüb - 52 min ədəd.