Sumqayıt şəhər 4 saylı xəstəxananın (Bərpa) binasında baş vermiş yanğından sonra binanın birinci mərtəbəsi tamamilə yararsız vəziyyətə düşüb. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.
Bizə təqdim olunan fotomateriallarda görünürki, binanın birinci mərtəbəsinin girişi, həmçinin binanın daxilində olan bütün əşyalar yanıb. Dördmərtəbəli xəstəxananın yanğın baş verən hissəsində "1-ci Qarabağ” müharibəsinin qaçqınları və məcburi köçkünləri məskunlaşıblar.
Sakinlər tərəfindən müxbirimizə verilən məlumata görə, aidiyyəti qurumun əməkdaşları əraziyə baxış keçiriblər. Sakinlərə dəyən zərərin miqdarı hesablanıb. Həmçinin bildirilib ki, onların müvəqqəti köçəcəkləri mənzillərin kirayə xərcləri ödəniləcək.
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24