Sumqayıt-Bakı qatarında gecikmə yaranıb. Sumqayıt24 bu barədə 17 noyabr tarixində Oxu.az-a istinadən xəbər verir.
Belə ki, 07:25-də Sumqayıtdan yola düşən 6006 nömrəli qatar 08:04-də deyil, 08:26-da Bakı Dəmiryol Stansiyasına çatıb. Sürət qatarı mənzil başına 22 dəqiqə gecikib.
Maşinist gecikməyə səbəb kimi texniki problemi göstərib.