Bayram günlərində Sumqayıt-Bakı qatarlarından istifadə edən sərnişinlərin sayı açıqlandı. Bu haqda Report-a istinadən xəbər veririk.
“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, qeyri–iş günlərində, adi günlərlə müqayisədə qatarlardan daha çox insan istifadə edib. Bayram zamanı 21.400-dən çox vətəndaş dəmir yollarından yararlanıbsa, adi günlərdə bu rəqəm 14.000-16.000 civarında dəyişir.
Qeyd olunub ki, qeyri–iş günlərində qatarlar ilə gün ərzində təqribən 3500-5000 arası sərnişin daşınıb.