Bu gün, 11 yanvar tarixində Sumqayıt-Bakı yolunda qəza baş verib. Xəsarət alanlar var. Bu haqda Sumqayıt24-ə hadisənin şahidi məlumat verib.
Yol nəqliyyat hadisəsi Saray qəsəbəsinə yaxın ərazidə (Saray postu) baş verib. Rusiya qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobil yolun kənarında olan ağaca çırpılıb. Nəticədə, 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Avtomobil isə yararsız vəziyyətə düşüb.
Əraziyə yol polisi və Təcili Tibbi Yardım əməkdaşarı cəlb olunublar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Foto Sumqayıt24
Foto Sumqayıt24