top
Sumqayıt Bələdiyyəsi gördüyü işləri SADALADI
13 iyul 2026, 11:20
- ↺ +

Sumqayıt Bələdiyyəsi gördüyü işləri "SADALADI"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında Sumqayıt Bələdiyyəsinin 2026-cı ilin birinci yarısı üzrə fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Sumqayit24.az xəbər verir ki, bələdiyyə sədri Adil Xudadatov çıxışında hesabat dövrü ərzində 18 iclas keçirildiyini, bu toplantılarda ümumilikdə 761 məsələnin müzakirə olunduğu, quruma müraciət edən 1085 vətəndaşın qəbul edildiyi, daxil olan ərizə və müraciətlərə qanunvericiliyə uyğun baxıldığı, həmçinin şəhid ailələri və qazilərlə görüşlərin keçirildiyini bildirib.

Məlumata görə, 2026-cı ilin ilk yarısında yerli sosial müdafiə və inkişaf proqramları çərçivəsində bir sıra layihələr həyata keçirilib. May ayında Yaşıldərə Yeni Yaşayış massivində "Bələdiyyə parkı" istifadəyə verilib, Novruz bayramı münasibətilə burada sakinlər üçün tədbir təşkil olunub. Bundan başqa, Sumqayıt Bulvarında sahəsi 1700 kvadratmetr olan yeni inzibati bina alınıb. Hesabat dövründə şəhərin müxtəlif ərazilərində yolların təmiri və asfaltlanması, küçələrin işıqlandırılması, yaşıllıq zolaqlarının salınması, məhəccərlərin quraşdırılması, parkın saxlanılması və digər abadlıq işləri görülüb. Yeni Yaşayış massivində dəmir yolu üzərindən beton panelli keçid körpüsü və 250 metrlik kanalizasiya xətti inşa edilib.

Bildirilib ki, məhəllə komitələri tərəfindən də bir sıra infrastruktur layihələri icra olunub, küçə ticarətinə qarşı reydlər və ictimai nəqliyyatda maarifləndirici tədbirlər keçirilib. Cari ilin əvvəlindən "Bələdiyyə parkı"nda 19 min kvadratmetr qazon sahəsinə xidmət göstərilib. Həmçinin bələdiyyə nümayəndə heyəti may ayında Türkiyənin Samsun şəhərinə səfər edərək 19 May – Atatürkü Anma, Gənclər və İdman Bayramı tədbirlərində iştirak edib.

Yığıncaqda bələdiyyə sədrinin müavinləri fəaliyyət sahələri üzrə hesabat təqdim ediblər. Daha sonra çıxış edən aidiyyəti qurumların nümayəndələri Sumqayıt Bələdiyyəsinin fəaliyyətini qiymətləndiriblər. Tədbirin sonunda bir qrup bələdiyyə qulluqçusuna Fəxri Fərmanlar təqdim olunub.



Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
Bu gün, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
Bu gün, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
Bu gün, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
Bu gün, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Bütün xəbərlər
Bu gün, 14:20

SDU tələbələrinin süni intellekt layihəsi 60 komanda arasında SEÇİLDİ

Bütün xəbərlər
Bu gün, 13:40

Uşaqlıq arzusunu gerçəkləşdirdi - Sumqayıtdan Gəncəyə piyada getdi

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi

İdman
Bu gün, 12:30

"Sumqayıt" bu gün "Zirə" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 12:00

Sumqayıt hansı hava ilə nəfəs alır? Son aylarda şəhərin ekoloji vəziyyəti ilə bağlı nələr məlum olub? - ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 11:13

Sumqayıtda yolların təmirinə 2,4 milyon manat ayrılıb

Bütün xəbərlər
Bu gün, 10:00

Coratda avtobus dayanacağı ilə bağlı şikayət nəticə verdi

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtda fəhlə vakansiyası elan edildi - ŞƏRTLƏR

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən Müharibəsinin 27-ci günü baş verənlər - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:57

Sumqayıtlı model: "TikTok"a görə 1000 manat vergi borcu yazıblar"

İdman
Dünən, 17:20

Ağır qəzaya düşən sumqayıtlı cüdoçu idmana nə vaxt qayıdacaq?

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda zibil qutularının dolub-daşdığı ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:37

Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanıldı

Kriminal
Dünən, 16:23

Sumqayıtda çay evində BIÇAQLANMA - 64 yaşlı kişi tutuldu

Bütün xəbərlər
Dünən, 16:17

Sumqayıt məhkəməsində anasını öldürən şəxsə hökm oxundu

Oxşar xəbərlər