Bu gün, 14 yanvar tarixində Sumqayıtda aylıq yağıntı normasının 44%-i yağıb. Bu haqda Report-a istinadən xəbər veririk.
Dünən axşam saatlarından etibarən şəhər ərazisində hava kəskin dəyişib, sulu qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadası üzrə düşən yağıntının miqdarı ən çox Sumqayıtda olub və 11 mm təşkil edib.