Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq incəsənət məktəbində bəstəkar Cahangir Cahangirovun 100 illik yubileyi keçirilib. Bu haqda Sumqayıt RMİ məlumat yayıb.
Tədbir iştirakçılarına bəstəkarın həyat və yaradıcılığından məlumat verilib. Tədbirdə "Məhsul mahnısı", "Ana Kür", "Teymurun mahnısı", "Alagöz", “Bakım mənim", "Zərif gülüşlüm", "Yallı" və digər əsərlər səsləndirilib.
Konsertin sonunda RMİ-nin rəisi Rəşad Əliyev tədbir iştirakçılarına təşəkkür edib. O, çıxışında şagirdlərinə növbəti illərdə məhz bu məktəbin əsaslı təmir olunacağına və yeni görkəmdə istifadəyə veriləcəyinə ümüd etdiyini bildirib.