“Sumqayıt-çörək” ATSC səhmdarlarının yığıncağı keçiriləcək. Sumqayıt24 bu haqda 4 may tarixində Fed.az-a istinadən xəbər verir.
İllik ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
- ATSC-nin 2022-ci il üzrə maliyyə - təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi;
- Maliyyə - təftiş komissiyasının hesabatı və təsdiq edilməsi;
- İdarə heyəti və müşahidə şurası üzvlərinin seçilməsi;
- İdarə heyəti sədrinin seçilməsi;
- Maliyyə - təftiş komissiyası üzvlərinin seçilməsi;
- Mənfəətin bölüşdürülməsi və əldə edilmiş xalis mənfəətdən istifadənin təyin edilib təsdiqlənməsi.
İclas 23 iyun saat 11.00-da Lermontov küçəsində (ATSC-nin iclas zalı) baş tutacaq.