Sumqayıt Dövlət Rəsm Qalereyasında rəssam Kamil Əliyevin 100 illik yubileyinə həsr olunan ustad dərsi keçirilib. Bu haqda Qalereya öz Facebook hesabında məlumat yayıb.
Ustad dərsi peşəkar rəssam İntiqam Cəfərov tərəfindən keçirilib. Gənc rəssamlara Xalq rəssamı, professor, xalçaçı Kamil Əliyevin yaradıcılığından danışılıb. Həmçinin, qalereyanın əməkdaşı Günel Hüseynova gənclərə rəssamın həyatı haqqında məlumat verib.