Sumqayıt Dövlət Universitetinin tələbələri ölkəmizi beynəlxalq konfransda təmsil ediblər. Bu haqda universitetin rəsmi saytına istinadən xəbər veririk.
“Dünyanın Dayanıqlı İnkişaf Məqsədləri - 2030” (SDGs) gündəliyinin yaradılması məqsədi ilə təşkil olunmuş BMT Modeli konfransı Türkiyənin İstanbul şəhərində keçirilib.
46 ölkənin nüməyəndələrinin qatıldığı konfransda, SDU-dan “Neft kimyası və kimya mühəndisliyi” kafedrasının assistenti Elnur Əhmədov və “Tarix və coğrafiya” fakültəsinin III kurs tələbəsi Fərid Abbaszadə iştirak ediblər.
Fərid Abbaszadə BMT Baş Assambleyasında (United Nations General Assembly) Azərbaycanı təmsil edən yeganə iştirakçı oldu. Bu səbəbdən o, sertifikata layiq görülüb.