Sumqayıt Dövlət Universiteti (SDU) daha bir ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayıb. Sumqayıt24 bu haqda universitetin rəsmi saytına istinadən xəbər verir.
Məlumata əsasən, şəhərimizin ali təhsil ocağı Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.
Görüşdə hər iki universitetin rektor, prorektor və dekanlardan ibarət nümayəndə heyəti iştirak ediblər. Onlar arasında qarşılıqlı maraq doğuran digər fəaliyyət sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.