Sumqayıt Dövlət Dram Teatrında təqaüd yaşı çatmış 2 əməkdaş mükafatlandırılıb. Bu haqda 3 may tarixində Sumqaıt24 xəbər verir.
Dərzi sexinin müdiri Rüxsarə Cəfərova uzunmüddətli səmərəli fəaliyyətinə görə, aktyor Dağlar Rüstəmov teatr sənətinə verdiyi töhfəyə və bu sahədə səmərəli fəaliyyətlərinə görə rəhbərlik tərəfindən Fəxri Fərmanla təltif olunublar.
Teatr kollektivinin üzvləri çıxışlarında təltif olunanlar haqqında çoxillik fəaliyyətləri ilə bağlı xoş sözlər söyləyiblər. Bildirilib ki, bu şəxslər hər zaman kollektiv üçün doğma olacaqlar.