Sumqayıt Dövlət Dram Teatrının əməkdaşları Dünya TV-nin efirində çıxış ediblər. Bu haqda 11 may tarixində Sumqayıt24 sözügedən teatra istinadən xəbər verir.
Verilişdə qonaq qismində teatrın quruluşçu rejissoru, Əməkdar artist Namis Şirməmmədov və Elay Xasıyev iştirak ediblər. Ulu öndər Heydər Əliyevə ithaf olunan proqramda ümummilli lider və milli mədəniyyətin intibahı mövzusu yer tutub.
Namis Şirməmmədov adıçəkilən teatrın səhnəsində Heydər Əliyevin obrazını ilk dəfə canlandırmış aktyor olub. Aqşin Babayevin "Xilaskar" əsəri Xalq artisti Firudin Məhərrəmovun quruluşunda tamaşaçılara təqdim edilib.