Sumqayıtda yerləşən Ekologiya və Təbii Sərvətlər İdarəsinə yeni rəhbər təyin olunub. Bu haqda Unikal.org-a istinadən xəbər veririk.
Məlumata əsasən, 4 saylı idarəyə olunan təyinatla bağlı nazir Muxtar Babayev əmr imzalayıb. Babayevin imzaladığı əmrlə sözügedən vəzifəyə Fərid Piriyev təyin olunub. Qeyd edək ki, bundan əvvəl o, həmin idarənin rəis əvəzi idi.