Sumqayıt Gömrük İdarəsində kadr dəyişikliyi baş verib. Bu haqda 16 iyun tarixində Sumqayıt24 Unikal.az-a istinadən məlumat verir.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb. Əmrə əsasən, Tariyel Alverdiyev Sumqayıt Gömrük İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, təyinata qədər Tariyel Alverdiyev Dövlət Gömrük Komitəsi Gömrük Ödənişləri İdarəsinin rəisi vəzifəsini icra edib.