Sumqayıtlı həkim Vasif İsmayılın ailəsində koronavirus xəstəliyindən itki baş verib. Bu barədə həkim öz Facebook hesabında məlumat yayıb.
Məlumata əsasən, Vasif İsmayılın anası Hafizə xanım vəfat edib. 40 gün müddətində aparılan müalicə tədbirlərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Hafizə xanım Mərkəzi Gömrük Hospitalında müalicə alırdı.
Mərhumun dəfni öz ad günündə, 69 illiyində (28.12.2021) Sumqayıt şəhər məzarlığında olacaq.