Sumqayıtda atmosfer havasının keyfiyyətinin monitorinqi aparılıb. Sumqayıt24 bu haqda 29 mart tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə müəyyən məlumatlar əldə edilib. Onların təhlilinə əsasən, gün ərzində Sumqayıtda azot-4 oksidin miqdarı normadan 1.2 dəfə artıq müəyyən edilib.
Sözügedən oksidin normadan yüksək olmasının səbəbi intensiv nəqliyyat hərəkətliliyi və digər antropogen amillərdir.
.