Sumqayıtın mərkəzində Yeni ilə hazırlıq işləri davam etdirilir. Bu haqda Sumqayıt24-ə bu gün, 28 dekabr tarixində məlumat verilib.
Hazırda işlər İcra Hakimiyyəti binasının önündə aparılır. Əraziyə xüsusi texnika və bir neçə işci cəlb olunub. Onlar, burada olan ağacların üzərinə işıqlı bəzəklər asırlar.
Həmçinin, Dram Teatrının önündə “Şam ağacı” və müxtəlif bəzəklər qoyulub. Nəticədə, axşamlar şəhər rəngli işıqlara bürünür.
Foto Sumqayıt24
Foto Sumqayıt24