7 saylı Ərazi Məşğulluq filialı Sumqayıtda işlə təmin olunan vətəndaşların sayını açıqlayıb. Bu haqda bu gün, 13 yanvar tarixində xeberle.com məlumat yayıb.
Məlumata əsasən, 2021-ci il ərzində filialın göndərişi ilə 7145 nəfər işlə təmin olunub. Onlardan 27 nəfər Böyük Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri, 22 nəfər qazi və ailə üzvləri, 77 nəfər isə müharibə iştirakçılarıdır.
Həmçinin, 579 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Onlardan 129 nəfər Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri, 226 nəfər qazi və ailə üzvləri, 146 nəfər isə Vətən Müharibəsi iştirakçıları və ailə üzvləridir.
7 saylı Ərazi Məşğulluq filialı Sumqayıt şəhəri, 9-cu mkr, ev 64 ünvanında yerləşir. Ətraflı məlumat üçün (018) 642-02-57 nömrəsinə müraciət etmək mümkündür.