Sumqayıt Kommersiya Məhkəməsi böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
İş haqqında:
- Vətəndaşların qəbulu işini təşkil etmək;
- Qanunvericiliyin sistemləşdirilməsi və kodifikasiyasını həyata keçirmək;
- Məhkəmə təcrübəsinin ümumiləşdirilməsini həyata keçirmək və məhkəmə statistikasını aparmaq.
Tələblər:
- Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
- İş stajına dair tələblər: 1 il ümumi iş stajı;
- Kompüter biliklərinə dair tələblər: "MS Windows", "MS Office", Internetdən istifadə (yüksək səviyyədə);
- Xarici dil biliklərinə dair tələblər: yoxdur.
Maraqlanan şəxslər 25 yanvar 2022-ci il, saat 18:00-dək Mərkəzin internet portalında
Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin
www.dim.gov.az internet portalına müraciət etmək olar.