Sumqayıt şəhərində Təcili Tibbi Yardımın yaxınlığında 2 minik avtomobili toqquşub. Bu haqda bu gün, 7 yanvar tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Məlumata əsasən, hadisə Lermontov küçəsində baş verib. Burada “KİA” markalı avtomobil “Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində xəsarət alan yoxdur.