Nizami Gəncəvi adına Sumqayıt şəhər Texniki və Təbiət elmləri liseyi qəbul imtahanlarında 100% nəticə göstərib.
Sumqayıt24 xəbər verir ki, tədris ocağını bitirən 39 məzundan hər biri tələbə adını qazanıb.
Onlardan 35-i Azərbaycanda, 4-ü isə xarici ölkələrin universitetlərində ali təhsil alacaqlar.