Sumqayıtlı ailədə 16 illik həsrətdən sonra üçəmlər dünyaya gəldi. Sumqayıt24 bu haqda DünyaTV-yə istinadən xəbər verir.
Üçəmlər “Sumqayıt Hospital”da, Əliyevlərin ailəsində dünyaya göz açıblar. 3 körpədən biri oğlan, ikisi isə qızdır. Oğlanın çəkisi 2 kq 290 qram, qızlardan birinin çəkisi 2 kq 230 qram, digərinin isə 1 kq 950 qram təşkil edib.
Hazırda ananın və uşaqların vəziyyətinin kafi olduğu bildirilir.