Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin rəhbərliyinə təşəkkür məktubu göndərilib. Məktubu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov göndərib. Bu haqda məlumat məktəbin Facebook səhifəsində bu gün, 6 yanvar tarixində paylaşılıb.
Rektor, yüksək balla sözügedən Ali təhsil müəssisəsinə qəbul olunmuş Əbil Şəfiyev (697.1 bal), Cavid Zeynallı (669.6 bal) və Gülsənəm Mollayevanı (662.5 bal) yetişdirib, təhsil verdiklərinə görə məktəbin müəllim heyəti və rəhbərliyinə təşəkkür edib.