Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi peşəyönümlü işlərini davam etdirir. Sumqayıt24 bu haqda 16 may tarixində xəbər verir.
Sumqayıt şəhəri 8, 10, 26 və 31 saylı məktəblərdə buraxılış sinif şagirdləri, valideyn və müəllim heyəti ilə görüşlər keçirilib. Onlara peşə təhsilinin əhəmiyyətindən, mərkəzin fəaliyyəti, tədris olunan ixtisaslar, mövcud imkanlar və qəbul qaydalarından məlumat verilib. Həmçinin videotəqdimat olunub, elan və bukletlər paylanılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.