Sumqayıt məktəblilərinin “Ekoloji düşərgə - 4” layihəsi davam edir. Sumqayıt24 bu haqda 29 iyun tarixində “Sağlam Düşüncə" Gənclər Təşkilatına istinadən xəbər verir.
İsmayıllı rayonunda təşkil olunan layihənin dördüncü günündə ekoloji liderlik, həmyaşıddan həmyaşıda ekoloji maarifləndirmə metodları ilə bağlı, daha sonra isə bərk məişət tullantılarının azaldılması yolları haqqında təlim keçirilib. Şagirdlər “EKOmiks” layihəsi barədə məlumatlandırılıblar. Günün sonunda isə şagirdlərlə birlikdə rəqslər təşkil olunub.
Qeyd edək ki, bundan öncə Fransa səfirinin ekologiya ilə bağlı təqdimatı olub və səfir iştirakçıların bir sıra suallarına cavab verib.