Sumqayıtın stadionunda yenidənqurma işləri yenidən dayandırılıb. Bu haqda Xeberle.com-a istinadən xəbər veririk.
Mehdi Hüseynzadə adına stadionun direktoru Nadir Quliyev bu məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, işlər maliyyə çatışmazlığı səbəbindən dayandırılıb.
Quliyev qeyd edib ki, yanvar ayında işlərin yekunlaşması üçün vəsait ayrılacaq. İqtisadiyyat nazirliyinin əməkdaşları tərəfindən tələb olunan məbləğ artıq hesablanıb və pul verilən kimi stadionda tamamlanma işləri aparılıb təhvil veriləcək.