Sumqayıt şəhərində minik avtomobili yanıb. Bu haqda bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasan, "Opel" markalı maşının mühərrik hissəsi qismən yanıb. Əraziyə cəlb olunan FHN-nin yanğınsöndürənləri avtomobilin qalan hissəsini alovdan mühafizə ediblər.