Sumqayıtda Peşə Təhsil Mərkəzinin tələbələri arasında bilik yarışı keçirilib. Bu haqda bu gün, 14 yanvar tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.
“Nə? Harada? Nə zaman?” formatında baş tutan yarışda 8 komanda iştirak edib. “Qarabağ” I yer, “Dəmir Yumruq” II yer və “Mübariz” III yerlərə layiq görülüblər.
Qalib komandalar Baş İdarənin və Peşə məktəbinin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunublar.