Sumqayıt şəhərində "Narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirilib. Bu haqda Sumqayıt Şəhər Təhsil Şöbəsi məlumat yayıb.
Məlumata əsasən, tədbir 4 və 7 nömrəli tam orta məktəblərdə baş tutub. Tədbirdə narkotik vasitələrin insan sağlamlığına məhvedici təsirindən danışılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Görüşdə Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsinin nümayəndələri, Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər.