"Sumqayıt" klubunun ənənəvi Yay Futbol Düşərgəsinə start verilib.
Sumqayit24.az xəbər verir ki, layihə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilir.
Avqustun 27-də başlayan düşərgə 9 gün davam edəcək və 3 qrup üzrə təşkil olunacaq. Layihədə Sumqayıt şəhərində yerləşən məktəb və liseylərin 100-ə yaxın oğlan və qız şagirdi iştirak edəcək.
"Yay Futbol Düşərgəsi" layihəsi 2014-cü ildən təşkil edilir. Bu müddət ərzində 1200-dən çox məktəbli layihənin iştirakçısı olub.