“Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda 3442 kiloqram qida məhsulu məhv edilib. Bu haqda bu gün, 6 yanvar tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata əsasən, “AZ FP CO LTD” MMC-nin istehlaka yararsız, istifadə müddəti bitmiş 3 adda, müxtəlif növ dondurma məhsulları utilizasiya edilib.
Daha öncə, şirkətə məxsus 5513 kq məhsul məhv edilmişdir.