Polisi döyən Milli Məclisin deputatına Sumqayıtda hökm oxunub. Bu haqda Xeberle.com-a istinadən xəbər veririk.
Hakim Hafiz Əliyevin sədrliyi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə, Eldəniz Səlimovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair qərar qəbul edillib.
Digər bir qərar ilə, o, 2 il 6 ay müddətində müəyyən vəzifə tutmaq hüququndan məhrum edilib.
Xatırladaq ki, Səlimov polis əməkdaşını 29 iyul tarixində Xaçmazda döymüşdür.