Qəzadan sağ çıxan kişi xəstəxanada ölüb. Sumqayıt24 bu haqda 20 fevral tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə Üzeyir Hacıbəyli və Zülfü Hacıyev küçələrinin kəsişməsində qeydə alınıb. 65 yaşlı Nurəddin Quliyevi avtomobil vurub. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, N. Quliyev həyatını itirib.
Sumqayıt Şəhər Polis İdarəsində faktla bağlı cinayət işi başlanılıb.