Sumqayıt Regional Mərkəzi tərəfindən maarifləndirici tədbir keçirilib. Sumqayıt24 bu barədə 19 noyabr tarixində FHN-ə istinadən xəbər verir.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin iştirak etdiyi tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən seminar zamanı iştirakçıların sualları ətraflı cavablandırılıb.